Unibankın prezidenti Eldar Qıribovun oğlu, poker oyunçusu İlkin Qəribli poker üzrə PokerStars Caribbean Adventure yarışmasının qalibi olub. Bizimyol.info xəbər verir ki, bu barədə banker.az saytı məlumat yayıb. İlk dəfə poker turnirinə qarılan İ.Qəribli final mərhələsində amerikalı Co Kuter ilə görüşüb və hərəsi 1 milyon 105 min 40 dollar qazanıb.
Qeyd edək ki, PokerStars Caribbean Adventure turniri ("Poker ulduzlarının karib əyləncəsi”) 2004-cü ildən başlayaraq, hər il Baham adalarında keçirilir və dünyada bu turnirlər arasında ən nüfuzlu olanlardan sayılır.
.