
Azərbaycanlı prodüser və aparıcı Humay Muxtarova nişanlanıb.
AzNews.az xəbər verir ki, şəhər restoranlarından birində baş tutan nişan mərasiminə aparıcının nişanlısı qatılmayıb. Prodüserin nişan üzüyünü barmağına qızı Nuray taxıb. Nişanlandığı şəxsin işgüzar səfərdə olduğunu deyən Humay məhərrəmlik ayından sonra toylarının olacağını vurğulayıb.
İkinci dəfə ailə quran prodüser gələcək həyat yoldaşı ilə tanışlıq tarixçəsindən də söz açıb: "Biz əslində onunla 2 ildir ki, dostluq edirik. Maltada yaşayan azərbaycanlıdır. Mən inanmırdım münasibətimiz dostluqdan sevgiyə çevrilər. Amma həyatın təsadüflərindən qaçmaq olmur. Evlənəndən sonra o, şirkətini Azərbaycanda quracaq və burada yaşayacağıq. Nişanlımla hər şey qaydasındır. Əsas odur ki, bir-birimizi çox sevirik və inanırıq. Ən əsası qızıma atalıq edə biləcək kişidir”.

