Rusiyada azərbaycanlı "qanuni oğru" tutulub.
Məlumata görə, polis "Rufo Gəncinski" adı ilə tanınan Rüfət Tağıyevi saxlayıb. O, Lyublinski bazarının sahiblərindən biri olan Əliyev və iş adamı İlqam Əliyevin qətlində şübhəli bilinərək tutulub.
Sorğu-sual zamanı tanınmış "qanuni oğru" "Ded Xasan"ın ölümü ilə bağlı da maraqlı bir fakt ortaya çıxıb. Belə ki, saxlanılan şəxsin onun qatili haqqında informasiyaya malik olduğu bəlli olub.
"Qanuni oğru" Rüfət Tağıyev 2013-cü il, yanvarın 16-da öldürülən "Ded Xasan"ın qatilinin aradan çıxarılması planını şəxsən hazırladığını deyib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, R.Tağıyev "Ded Xasan"ın güllələnməsində də iştirak etdiyini deyib. Belə ki, killerin kuratoru olub. Məlumata görə, Tağıyevin özü uzun müddət digər "qanuni oğru" olan Rövşən Lənkəranskinin dəstəsində killer olub. O, isə Ded Hasan klanının əsas düşmənlərindən olub.
Rüfət Gəncinski Aslan Usoyanın - Ded Hasanın qətlinin təşkilatçısı və ya sifarişçisi olması barədə deyilənləri isə təkzib edib. Onun sözlərinə görə, tanışları ancaq ondan qatilin cinayətdən əvəll və sonra marşrutunu hazırlamalarını istəyiblər. O, sifarişçilərin adlarını açıqlamaqdan imtina edib(ANS).


.