Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın reqlamentinin ratifikasiyasını müzakirə edəcək.
Bu barədə məlumatı “Armenia-Today” saytı yayıb.
Reqlament sözügedən komissiyanın bugünkü iclasının gündəliyinə salınıb.
Qeyd edək ki, haqqında bəhs olunan reqlament 2024-cü il avqustun 30-da imzalanıb, sentyabrın 26-da isə Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunub.
Oktyabrın 8-də bu sənəd Ermənistanın Nazirlər Kabineti tərəfindən Parlamentin müzakirəsinə göndərilib.
.