Azərbaycan və Rusiya Xəzər dəniz şelfində birgə həyata keçirmək üçün potensial yeni layihəni nəzərdən keçirir.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Planlarımızda bir sıra layihələr, o cümlədən Xəzər şelfində birgə yeni layihənin icrası var”, - deyə o qeyd edib.
A.Novakın sözlərinə görə, iki ölkə arasında neft-qaz sektorunda çoxillik əlaqələr mövcuddur və birgə layihələr həyata keçirilir: “Rusiyanın “Lukoyl” şirkəti demək olar ki, 20 %-nə sahib olduğu “Şahdəniz” kimi tanınan layihəyə böyük investisiya yatırıb. Bizim neft və neft məhsullarının tədarükü ilə bağlı layihələrimiz var”.
.