Rusiya aviaşirkətləri iyulun ortalarından etibarən beynəlxalq sərnişin reyslərini bərpa etmək imkanlarını araşdırırlar.

Bu barədə “İnterfaks” məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Bildirilir ki, iyulun 15-dən etibarən beynəlxalq istiqamətlərə uçuşları bərpa etmək üçün bir neçə iri daşıyıcılar tərəfindən mexanizmlər hazırlanır.

İlk olaraq Avrasiya İqtisadi Birliyi və MDB ölkələri, o cümlədən, Azərbaycanla aviareyslər bərpa oluna bilər. Sonra digər ölkələr tərəfindən sərhədlər qarşılıqlı şəkildə açıldıqca, onlarla hava əlaqələri də bərpa ediləcək.

.