Azərbaycanın "Azərenerji" ASC və İtaliyanın "Ansaldo Enerji" şirkəti arasında təchizat müqaviləsi imzalanıb.

Onlayn formatda təşkil edilən imzalama mərasimində Azərbaycan tərəfindən sənədi "Azerenerji"nin prezidenti Baba Rzayev, "Ansaldo Energia" tərəfindən isə şirkətin baş icraçı direktoru və meneceri Marino Cuzeppe imzalayıblar.

Tədbirdə çıxış edən Baba Rzayev qeyd edib ki, sənədə əsasən Azərbaycanın işğaldan azad edilən 4 rayon ərazisində – Kəlbəcər, Ağdam, Fizuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalarının elektrik avadanlıqlarının təchizatı nəzərdə tutulur: ""Ansaldo Enerji ilə "Azərenerji" arasında imzalanmış müqavilə kommersiya münasibətləri ilə yanaşı, iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən qeyri-neft sektorunda da öz töhfəsini vermiş olacaq".

.