Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib.

Bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.

Qeyd edək ki, MSK ötən iclasında qəbul edilən qərara əsasən, MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin adının dəyişdirilərək Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilib.

Bundan əlavə, Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi fəaliyyətə başlayıb. İnsan resursları sektoru yaradılıb.

“Seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi prosesi davam edir”.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

MSK sədrinin müavini deyib ki, 81 seçki dairəsinin sərhədinin müəyyənləşdirilməsi başa çatıb, digər dairələrin sərhədlərinin müəyyənləşdirilməsi üzərində işlər davam edir.

.