Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türklə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlığının cari gündəliyi və perspektivləri, o cümlədən regionda baş verən son hadisələr müzakirə edilib.

.