21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Yenizaman AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma səfər matçına sentyabrın 12-də çıxacaq.

Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində oynanılacaq qrupun ilk qarşılaşmasının başlama saatı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.

.