Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,248 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,3% çoxdur.

Dövlət Gömrük Komitəsinin hesabatına  görə, Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,938 mlrd. dollar, idxal isə 1,310 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 8,1% azalıb, idxal isə 15,9% artıb.

Nəticədə, 2021-ci ilin yanvar-sentyabr aylarında 628,564 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 35,7% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

.