Bu ilin sentyabrın 30-na Azərbaycanın strateji valyuta ehtiyatları 51,260 mlrd. ABŞ dolları təşkil edib.

Ehtiyatlar 2020-ci ilin ÜDM-nin 120,3%-ini təşkil edib. Strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun aktivlərindən (44,226 mlrd. dollar) və Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından (7,034 mlrd. dollar) ibarətdir.

Qeyd edək ki, ilin II rübünün yekunları ilə müqayisədə strateji valyuta ehtiyatları 1,4% artıb.

.