Azərbaycanını strateji valyuta ehtiyatları cari ilin yanvar-sentyabr aylarında 3,4% və ya 1,7 mlrd. ABŞ dolları artaraq 52,5 mlrd. dollara çatıb.

Bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Qeyd edək ki, ölkənin strateji valyuta ehtiyatları AMB-nin rəsmi valyuta ehtiyatları və Azərbaycan Dövlət Neft Fondunun məcmusudur.

.