Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya tərəfinin Bakı ilə İrəvan arasındakı sülh prosesinə fəal dəstəyinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
Bu barədə diplomat etimadnaməsinin təqdimetmə mərasimində bildirib.
“Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istərdim ki, Rusiya tərəfi sülh prosesinə belə fəal dəstək verir. Mən onu (Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı – red.) vəzifəyə rəsmi başlaması münasibətilə artıq təbrik etmişəm. Onunla, belə demək mümkünsə, konstruktiv münasibətləri Moskvada dəstəkləyəcəyik”, - Mustafayev deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin tədbir zamanı Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi etdiyini söyləyib.
.