Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 951 453,24 min ABŞ dolları dəyərində 14 927 128,82 min kubmetr təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 56%, həcmi isə 47% artıb.

Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 702 883,25 min dollar dəyərində 8 994 930,81 kubmetr qaz ixrac edib.

.