Azərbaycan Tokio Olimpiadasındakı çıxışını üç gümüş və dörd bürünc medal qazanmaqla başa çatdırıb.
Bu, 1996-cı ildə Atlantada keçirilmiş Olimpiadadan sonra Azərbaycanın ən pis nəticəsi, qızıl medal qazanmadığı ikinci turnirdir.
Atlanta-1996. 23 idmançı (1 gümüş)
Namiq Abdullayev (sərbəst güləş) – gümüş medal;
Sidney-2000. 31 idmançı (2 qızıl, 1 bürünc)
Zemfira Meftəhəddinova (stend atıcılığı), Namiq Abdullayev (sərbəst güləş) – hər ikisi qızıl medal, Vüqar Ələkbərov (boks) – bürünc medal;
Afina-2004. 36 idmançı (1 qızıl, 4 bürünc)
Fərid Mansurov (yunan-Roma güləşi) – qızıl medal, Fuad Aslanov, Ağası Məmmədov (hər ikisi boks), İradə Aşumova (25 metr məsafəyə güllə atıcılığı), Zemfira Meftəhəddinova (stend atıcılığı) – hamısı bürünc medal;
Pekin-2008. 44 idmançı (1 qızıl, 1 gümüş, 4 bürünc)
Elnur Məmmədli (cüdo) – qızıl medal, Rövşən Bayramov (yunan-Roma güləşi) – gümüş medal, Şahin İmranov (boks), Mövlud Mirəliyev (cüdo), Mariya Stadnik (qadın güləşi), Xetaq Qazyumov (sərbəst güləş) – hamısı bürünc medal;
London-2012. 53 idmançı (2 qızıl, 2 gümüş, 5 bürünc)
Toğrul Əsgərov, Şərif Şərifov (hər ikisi sərbəst güləş) – hər ikisi qızıl medal, Rövşən Bayramov (yunan-Roma güləşi), Mariya Stadnik (qadın güləşi) – hər ikisi gümüş medal, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov (hər ikisi boks), Xetaq Qazyumov (sərbəst güləş), Emin Əhmədov (yunan-Roma güləşi), Yuliya Ratkeviç (qadın güləşi) – hamısı bürünc medal;
Rio de Janeyro-2016. 56 idmançı (1 qızıl, 7 gümüş, 10 bürünc)
Radik İsayev (taekvondo) – qızıl medal, Lorenso Sotomayor (boks), Valentin Demyanenko (1200 metr məsafəyə avarçəkmə), Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), Toğrul Əsgərov, Xetaq Qazyumov (hər ikisi sərbəst güləş), Mariya Stadnik (qadın güləşi) – hamısı gümüş medal, Kamran Şahsuvarlı (boks), İnna Osipenko-Radomskaya (1200 metr məsafəyə avarçəkmə), Milad Beiqi, Patimat Abakarova (hər ikisi taekvondo), Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov (hər üçü sərbəst güləş), Rəsul Çunayev, Sabah Şəriəti (hər ikisi yunan-Roma güləşi), Nataliya Sinişin (qadın güləşi) – hamısı bürünc medal.
Tokio-2020. 40 idmançı (3 gümüş, 4 bürünc)
Rafael Ağayev, İrina Zaretskaya (hər ikisi karate), Hacı Əliyev (sərbəst güləş) – hər üçü gümüş medal, İrina Kindzerskaya (cüdo), Loren Alfonso Dominqes (boks), Rafiq Hüseynov (yunan-Roma güləşi), Mariya Stadnik (qadın güləşi).
Bununla da, Azərbaycanın Olimpiadalarda qazandığı medalların sayı 49-a çatıb. Qazanılan 7 qızıl, 14 gümüş və 28 bürünc medal yeddi idman növünün sayəsində baş verib. Bunlar güləş (4 qızıl, 8 gümüş, 13 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 2 bürünc), atıcılıq (1 qızıl, 2 bürünc), taekvondo (1 qızıl, 2 bürünc), boks (1 gümüş, 8 bürünc), avarçəkmə (1 gümüş, 1 bürünc) və karate (2 gümüş) idman növləridir.
Qeyd edək ki, Azərbaycan hazırda medal sıralamasında 67-ci sıradadır.
.