Ötən beş il ərzində (2016-2020-ci illərdə) Azərbaycanın neft-qaz sektoruna 34,4 mlrd. manat həcmində vəsait yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, 2016-cı ildən 2020-ci ilədək ölkənin neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 31,8% azalıb. Bununla yanaşı, 2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il göstərici üzrə 7,1% artım müşahidə edilib.

Hesablamalara əsasən, hesabat dövründə ölkənin neft-qaz sektoruna yönəldilən vəsait üzrə ən yüksək göstərici (8 617,4 mln. manat) 2016-cı ildə, ən aşağı göstərici isə (5 489,5 mln. manat) 2019-cu ildə qeydə alınıb.

.