Bu ilin yanvar-may aylarında Azərbaycanın neft-qaz sektoruna 2 287,9 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 0,6% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 2 301,2 mln. manat təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə ölkənin neft-qaz sektoruna 5 879,7 mln. manat həcmində vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

.