Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycan İtaliyaya yeni səfir təyin edib
Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycanın Livandakı səfiri dəyişib
Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycanın FAO yanındakı daimi nümayəndəsi geri çağırılıb
Prezident İlham Əliyev M.B.Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
.
