“Ölkələrimizin silahlı qüvvələri arasında hərbi, hərbi-təhsil və hərbi təlimlər sahəsində əməkdaşlıq davam etdirilir”.
Bunu Türkiyə-Gürcüstan-Azərbaycan müdafiə nazirlərinin birgə mətbuat konfransında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Birgə hərbi təlimlərin keçirilməsi həm enerji layihələrinin infrastrukturunun mühafizəsi, həm də regionun sabitliyi üçün son dərəcə vacibdir”, - Zakir Həsənov əlavə edib.
Nazir, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına dəstəyinə görə, Türkiyə xalqına, milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin bütün heyətinə təşəkkür edib.
.
