Müdafiə Nazirliyindən (MN) Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın cəbhəboyu yerləşən yaşayış məntəqələrinin atəşə tutulması və atəşkəs rejiminin pozulması hallarının artmasına münasibət bildirilib.
MN-in mətbuat xidmətindən APA-ya verilən açıqlamada deyilir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrinin  ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi  yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi  barədə xüsusi tapşırıq verib..