
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya səfərə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Həsənov avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Z. Həsənovun rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü planlaşdırılır.