Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub.
Söhbət əsnasında həmçinin keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

.