Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

Bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyində olublar.

Nümayəndə heyəti ev muzeyində Bülbülün şəxsi əşyaları ilə tanış olub, ermənilər tərəfindən güllələnərək dağıdılmış əvvəlki büstü və işğaldan sonra hazırlanan yeni büstünə baxış keçiriblər.

Qeyd edək ki, bu festival işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.

.