Hər kəsə məlumdur ki, bir ildən artıq müddətdə dünyanı cənginə alan pandemiya hətta inkişaf etmiş ölkələrin də iqtisadiyyatlarına və ictimai həyatına ağır zərbələr endirdi. Cəmiyyətin bütün sahələri bu çətin sınaq qarşısında qaldı. COVİD-19 pandemiyası ilə mübarizədə hər bir ölkənin öz metod və vasitələrini görmək mümkün oldu. Pandemiyanın iqtisadiyyatın bütün sahələrinə, təhsil, idman, mədəniyyət və digər sahələrə vurduğu ziyandan bir çox ölkələr böhran şəraitində öz vətəndaşlarının hüquq və rifahının qorunması qarşısında aciz vəziyyətə düşdülər. Qısa bir zaman ərzində bəşəriyyətin bəlasına çevirilən COVİD-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda qabaqlayıcı, zəruri tədbirlərin görülməsi sahəsində mümkün olmuşdur. Kiçik bir zaman ərzində pandemiya ilə mübarizədə Operativ Qərargahın yaradılması, Pandemiya Mübarizə Fondunun yaradılması, özəl sektorun dəstəklənməsi, pandemiyadan ziyan çəkən insanlara və sahibkarlara dövlət tərəfindən maddi dəstəyin olunması və digər atılan addımlar Azərbaycanın insan itkisi və maddi ziyanı baxımından itkilərinin az olması ilə nəticələndi. Bütün bu qabaqlayıcı tədbirlər bir daha sübut etdi ki, ölkəmizdə insan amili, Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin əsas istiqamətlərindəndir. Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət atılan pandemiya ilə mübarizədə öz sözünü deyə bildi. Düşünülmüş və qabaqlayıcı tədbirlər Azərbaycanda insan ölümü, virusa yoluxma və maddi ziyan baxımından itkilərin az olması ilə nəticələndi.

Pandemiya ilə mübarizə bütün dünyada qlobal səviyyədə aparıldı. Bəşəriyyətin bəlasından xilas olmaq üçün müxtəlif yanaşmalardan istifadə edildi, bunların bir çoxu nəticə verdi lakin bir çox ölkələrdə faciələrlə nəticələndi. Bu bəladan qurtulmaq üçün görülən tədbirlərin əsasını vaksinasiya prosesi əhatə edir. Azərbaycan bu prosesdə də öz aktivliyini nümayiş etdirdi. Məhz bu prosesin sayəsində COVİD-19 pandemiyası

ilə əlaqədar vəziyyət stabilləşməyə doğru getmişdir. 2,9 milyona yaxın vaksinin vurulması da pandemiyanın mənfi təsirlərinin nəzarətdə saxlanılmasına kömək edib. Lakin unutmamalıyıq ki, COVİD-19 yayılan virusdur və yoluxmanın artıb-azalması birbaşa insanların özündən asılıdır. Vaksinasiya prosesinin getməsi, yoluxmanın aşağı düşməsi insanlarda tam arxayınlıq yaratmamalı, ehtiyat tədbirləri əldən verilməməlidir. Məhdudiyyətlər aradan qaldırıldıqca insanlarımız daha da məsuliyyətli olmalıdır. Çünki bəşəriyyətin bəlası yaşa baxmır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Qabaqlayıcı tədbirlərin vaxtında görülməsi özünü və başqalarını xəstəlikdən qorumağa yardım göstərəcək. Xəstəlikdən qorunmağın ən əsas yollarından biridə məhz vaksinasiya prosesidir. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Bu proses tarix boyu yoluxucu xəstəliklərə qarşı mübarizədə öz töhfəsini vermişdir. Beləliklə biz bu xəstəliklə mübarizədə birlik nümayiş etdirməli, vaksinasiya prosesində faəl iştirak etməliyik ki, bu bəladan qısa zaman ərzində qurtulaq. Bunun üçün hər bir insan vətəndaş məsuliyyəti dərk etməli və işin ciddiliyini nəzərə almalıdır. Bəşəriyyətin xilası üçün bütün dünya ölkələri səylərini birləşdirməlidir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon
Təşkilatı Aparatının məsləhətçisi Məmləkət Qaraçobanova
.