Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclasında türkdilli dövlətlərin bəyanatı qəbul olunub.

Bunu "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasının nəticələrinə həsr olunan brifinqdə  Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, bəyanata əsasən, Azərbaycanın işğaldan azad olunan ərazilərinin  inkişafına yönələn proqram hazırlanacaq: "Proqram çərçivəsində kənd təsərrüfatı, turizmin inkişafı, türkdilli ölkələrin bu istiqamətdə təcrübəsi istifadə olunacaq. Burada həmçinin, qarşılıqlı investisiya qoyuluşu nəzərdə tutulur ki, bu istiqamətdə bu gün razılaşma əldə olunub".

.