Azərbaycanın İordaniyada yeni səfiri təyin edilib
Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycanın Gürcüstanın Batumi şəhərində yeni baş konsulu təyin edilib.
Prezident İlham Əliyev Pərviz Cəfər oğlu İsmayılzadənin Azərbaycanın Batumi şəhərində baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
