Gələn ilin dövlət büdcəsi layihəsində gəlir və xərclər yenidən dəqiqləşdirilir.

Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov deyib ki, noyabrın 10-dan sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinin müzakirələrinə başlanılacaq.

Fikrət Şirinov bildirib ki, hazırda gələn ilin büdcəsinin gəlir və xərclərinin müəyyən olunması istiqamətində iş gedir.

.