Bakıda icarəçilərin illik dövriyyəsi 45 milyon manatdır. Azərbaycanın yaşayış əmlakının təqribən 10%-i qeyri-rəsmi icarəyə verilir. Rəsmi şəkildə isə daha az hissəsi. Bu barədə dəqiq statistik göstəricilər yoxdu. Əgər icarədar öz yaşayış yerini rəsmi icarəyə verirsə müqavilə bağlayır və vergi ödəyir. Bu səbəbdən də sakinlərin çox hissəsi yaşayış yerlərini müqaviləsiz icarəyə verirlər.
Bu haqda məlumatı MBA consulting baş direktoru Nüsrət İbrahimov bildirib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov öz növbəsində təəssüflə bildirib ki, daşınmaz əmlak bazarında fəallıq məhz qeyri-rəsmi icarə sahəsində müşahidə edilib. Bu isə obyektlərin icarəyə verildiyi zaman müqavilənin bağlanmamasına gətirib çıxarır, buna əsas səbəb isə vergilərdən yayınmaqdır.
Bakıda evlərin təxminən 35%-i icarəyə verilir. Eyni zamanda vergi məcəlləsinə görə icarədən əldə olunan gəlirin 14%-i vergi kimi ödənməlidir. Verginin ödənməsindən yayınmaq üçün icarədarlar müqavilə bağlamayaraq qeyri-rəsmi fəaliyyət göstərirlər.
Onun sözlərinə görə bütövlükdə Azərbaycanda rəsmi və qeyri-rəsmi icarə dövriyyəsi 45 milyon manatdır. Bu məbləğ icarədarların illik gəliridir. Əgər bu 45 milyon manat rəsmi müqavilə əsasında alınsaydı, dövlət büdcəsinə il boyu 3 milyon manat gəlir gətirərdi.
Müqavilələrin 7%-i 1000 manatdan baha olan mənzillərin icarəsi barədədir.
Bir qayda olaraq, əgər müqavilə bağlansa da, orda məbləğ olduğundan qat-qat aşağı göstərilir.
"Qeyri-rəsmi icarənin illik dövriyyəsi 8 milyon manatdır və müvafiq olaraq heç bir vergi ödənilmədiyi üçün dövlət büdcəsinə bu icarə müqavilələrindən heç bir gəlir gəlmir".
.
