Bu il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 681,3 mln manat təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, bu, noyabrın 1 ilə müqayisədə 0,7 %, ilin əvvəli ilə müqayisədə 4 %, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % azdır.

Kredit qoyuluşunun 11 mlrd 464,5 mln manatı və yaxud 78,1 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 6,3 % azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 840,1 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 13 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 18 %-dən 19,3 %-ə qalxıb.

Noyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 376,6 milyon manat olub. Bu isə illik müqayisədə 1,5 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6 % təşkil edib.

.