Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezident Tural Rzayevi Əlcəzairə səfir təyin edib
Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Elxan Poluxov Misirə səfir təyin edilib
Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb
Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Rəhman Mustafayev Azərbaycanın Niderlanddakı səfiri təyin olunub
Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
.
