Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyevin slovakiyalı həmkarı general-leytenant D.Zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra general-polkovnik K.Vəliyev Slovakiya müdafiə nazirinin müavini cənab Martin Voytaşoviç ilə görüşüb.

Tərəflər hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.

.