Azərbaycanda bankların cəmi aktivləri bu ilin yanvar-aprel aylarında 54,607.1 mln. manata çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Yenizaman bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu dövrdə sektorun cəmi öhdəlikləri 47,625.5 mln. manat, balans kapitalı 6,981.6 mln. manat olub. Bu isə müvafiq olaraq 11% və 10,4% çoxdur.

Hesabat ayında bankların kredit portfeli 0.8% və ya 219.4 mln. manat artaraq 28,096.5 mln. manat olub. Kredit portfelinin 53,2%-i (14,952.7 mln. manat) biznes kreditlərinin, 31,1%-i (8,747.6 mln. manat) istehlak kreditlərinin və 15.7%-i (4,396.2 mln. manat) ipoteka kreditlərinin payına düşüb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.1 faiz bəndi azalaraq 1.7% təşkil edib.

.