Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin tərkibi təsdiqlənib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri seçilib.

Nümayəndə heyətinə Anar Məmmədov, İlham Məmmədov, Aydın Hüseynov daxildir. 

Qənirə Paşayeva faktı APA-ya təsdiqləyib.

O bu etimad üçün parlament rəhbərliyinə təşəkkür edib.

“Ölkəmizi bu beynəlxalq təşkilatda layiqincə təmsil etmək üçün var gücümüzlə çalışacağıq”, - deyə Q. Paşayeva bildirib.

.