2020-ci ilin dekabrın 31-i tarixinə Asiya İnkişaf Bankının (AİB) balansında Azərbaycan üçün təsdiq olunmuş 2,684 mlrd. ABŞ dolları məbləğində kreditləri mövcud olub.

Bankın maliyyə hesabatı verdiyi məlumata görə, bu, bankın ümumi kredit portfelinin 1,44%-nə bərabərdir.

Hesabata görə, sözügedən məbləğin 2,516 mlrd. dollarlıq hissəsi (93,7%) artıq Azərbaycan tərəfindən müxtəlif layihələr üçün istifadə olunub və ölkənin passivinə bank qarşısında bağlanmamış borc kimi daxil olub. Qalan 168 mln. dollar isə hələ ölkə tərəfindən mənimsənməyib.

Qeyd edək ki, təkcə 2020-ci ildə AİB Azərbaycana 80,6 mln. dollar, o cümlədən texniki yardım şəklində 5,6 mln. dollar, layihələrə isə 75 mln. dollar ayırmağa öhdəliyinə götürüb.

Azərbaycanın AİB-ə borcu açıqlanıb

.