Maliyyə Nazirliyi Azərbaycanın 2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsini açıqlayıb.

Sənəd ölkə Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Nazirlər Kabinetinin 28 yanvar 2025-ci il tarixli sərəncamına əsasən hazırlanıb.

Ortamüddətli Büdcə Çərçivəsi büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrinə daxil olan sektorlarda nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir.

Azərbaycanda ortamüddətli dövrdə əhalinin gəlirlərinin proqnozu açıqlanıb

Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir

Bu barədə  Maliyyə Nazirliyi xəbər verir.

Qeyd edilib ki, əhalinin nominal gəlirləri 2026-ci ildə 97.9 milyard manat, xərcləri isə 95.3 milyard manat proqnozlaşdırılır.

2027-2028- ci illərdə əhalinin gəlirləri müvafiq olaraq 105.7 milyon manat və 113.9 milyon manat, xərcləri isə 102.8 milyon manat və 110.7 milyon manat olacağı gözlənilir.

Azərbaycanın ortamüddətli dövrdə inflyasiya proqnozu açıqlanıb

İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,1% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 3,8% olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Qeyd edilib ki, 2026-2028-ci illərdə orta illik inflyasiya proqnozu müvafiq olaraq 4.3%, 4% və 3.9% proqnozlaşdırılır.

.