İslamabadda noyabrın 11-12-də keçiriləcək "Sülh, Təhlükəsizlik və İnkişaf" mövzusunda Parlamentlərarası Spikerlər Konfransında Azərbaycanı parlament sədrinin birinci müavini təmsil edəcək.
Bu barədə "Report"a müsahibəsində Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani məlumat verib.
O qeyd edib ki, Azərbaycanla çox uğurlu parlament əlaqələri qurulub:
"Milli Məclisin sədri Sahibə Qafarova iki dəfə Pakistana səfər edib. Pakistanda noyabrın 11-12-də konfransımız olacaq. Ancaq Sahibə Qafarova COP30-da iştirak məqsədilə Braziliyaya gedəcəyi üçün bizim konfransda onun birinci müavini iştirak edəcək".
Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovdur.
.
