Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, həmin nəqliyyat vasitələri üçün yol vergisi aşağıdakı kimi olacaq:

Ölkə ərazisində qaldığı müddət

Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda

Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda

1 aya qədər

15 ABŞ dolları

20 ABŞ dolları

40 ABŞ dolları

3 aya qədər

30 ABŞ dolları

40 ABŞ dolları

60 ABŞ dolları

1 ilə qədər

40 ABŞ dolları

80 ABŞ dolları

120 ABŞ dolları

1 ildən yuxarı

40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları

80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları

120 ABŞ dolları+ 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları

 

Həmçinin təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar, o cümlədən nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi 38 tondan 41 tonadək olduqda Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün verginin 0,15 ABŞ dolları artırılmasına dair müddəa da ləğv olunur.

Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələrinə tətbiq olunan yol vergisinin dərəcələri çoxpilləli olduğundan yol vergisinin hesablanması, bəyan olunan malların tərkibindəki təhlükəli yüklərin müəyyən edilməsi və onun dərəcələrinin təyin edilməsi xeyli vaxt itkisinə səbəb olur ki, bu da dövlət sərhəd buraxılış məntəqəsinin ərazisindən keçmə vaxtına mənfi təsirini göstərir.

Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar ləğv olunur

Gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifəsi ləğv olunur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Buna uyğun olaraq beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş dövlət rüsumu da ləğv olunub.

Ləğv ediləcək Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:

Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı:

 

- yük avtomobilləri üçün

hər bir icazə üçün 100 ABŞ dolları

- sərnişin avtobusları üçün

hər bir icazə üçün 50 ABŞ dolları

Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün:

 

- yük avtomobilləri üçün

hər bir icazə üçün 150 ABŞ dolları

- sərnişin avtobusları üçün

hər bir icazə üçün 75 ABŞ dolları

Xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə.

hər bir icazə üçün 100 ABŞ dolları

Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün.

hər bir icazə üçün 600 ABŞ dolları

Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün:

 

yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün;

hər bir icazə üçün 350 ABŞ dolları

avtobusların sərnişinsiz daxil olması üçün.

hər bir icazə üçün 80 ABŞ dolları

İri tonnajlı xarici dövlətlərdə qeydiyyatda olan yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün

hər bir icazə üçün 25 ABŞ dolları

Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda.

hər bir icazə üçün 400 ABŞ dolları

 

.