Azərbaycandan yüksək oktanlı neft məhsullarının ixracına müvəqqəti məhdudiyyətin tətbiqi ilə əlaqədar olaraq, kontragent (müqavilə üzrə tədarükü təmin etməli olan şirkət) hələ də Qazaxıstana Azərbaycan neft məhsullarının qabaqcadan razılaşdırılmış həcmlərinin tədarükünə hazır olduğunu təsdiqləmir.
"Trend" xəbər verir ki, bu barədə şənbə günü "KazMunayQaz” şirkətinin marketinq üzrə baş direktorunun müavini Erlan Koybaqarov Astanada keçirilən brifinqdə bəyan edib.
.