İyunda Azərbaycandan Gürcüstana 4,73 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

Bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Ötən ay Gürcüstana xaricdən daxil olan pul köçürmələrinin 2,79%-i  Azərbaycanın payına düşüb. Azərbaycandan qonşu ölkəyə göndərilən pul vəsaitlərinin həcmi illik müqayisədə 183,03% artıb.

Gürcüstandan Azərbaycana isə 1,6 milyon dollar pul köçürülüb ki, bu da illik müqayisədə 0,5 milyon dollar çoxdur.

Hesabat ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 169,2 milyon ABŞ dolları pul daxil olub. Bu, ötən ilin eyni göstəricisindən 17,8% çoxdur.

Gürcüstandan digər ölkələrə pul köçürmələri isə illik müqayisədə 25,4% artaraq 21,9 milyon dollara bərabər olub.

.