Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər çərçivəsində Xan qızı Xurşidbanu Natəvanın inşa etdirdiyi bulaqla tanış olublar.

Qonaqlara “Xan qızı bulağı”nın tarixi, memarlıq üslubu barədə məlumat verilib.

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa qalası ilə tanış olublar 

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər çərçivəsində Şuşa qalası ilə tanış olublar.

 Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşa şəhəri haqqında diplomatlara məlumat verib, Şuşanın Azərbaycanın tarixi şəhəri və mədəni paytaxtı olduğunu bildirib.

Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa qalasının tarixi, arxitekturası barədə xarici diplomatlara geniş məlumat verib.

Şuşa qalasının önündə xatirə fotosu çəkdirilib.

.