
Azərbaycanda cəza çəkən 30 iranlı məhkum sabah öz ölkəsinə təhvil veriləcək.
"Trend"-in sorğusuna cavab olaraq, İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında imzalanmış məhbusların mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilir.
Məlumata əsasən, dekabrın 2-də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan 30 iranlı məhkum Astara sərhəd-keçid məntəqəsindən İranın məhkəmə sisteminin nümayəndələrinə təhvil veriləcək. Onlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.
Qeyd edək ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 130-a yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur.
Bundan başqa, hazırda Azərbaycanda saxlanılan 52 İran vətəndaşı barəsində isə məhkəmə qərarı çıxarılmayıb.
.