Bu ilin sonunadək 2001-ci ildən ləğv prosesində olan "Borçalı Bank"ın ləğv prosesinin tamamlanması gözlənilir.

Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müşaviri Aqşin Cahangirov deyib.

Onun sözlərinə görə, gələn il isə daha iki bankın (adları açıqlanmır – red.) ləğv prosesinin tamamlanması nəzərdə tutulur.

"Hazırda Azərbaycanda 21 bank ləğv edilməkdədir. Onlardan ən birinci ləğv olunan bank 2001-ci ildə ləğv olunsa da, hələ də proses bitməyib. Biz istəyirik ki, bu il həmin o bankın ləğv edilməsini tamamlayaq. Növbəti ildə əlavə iki bankın ləğv edilməsini başa çatdırılmasını planlaşdırırıq", - deyə A. Cahangirov qeyd edib.

.