1 aprel 2014-cü il üçün Azərbaycan bank sisteminin xalis mənfəəti 130,52 mln manat olub (ötən ilin eyni dövrü ilə müqayisədə +67,2%).
Bir il əvvəl mənfəətli bankların sayı 39 idisə, indi 34-dür.
Doqquz bank fəaliyyətini 30,96 mln manat ziyanla başa vurub. Ziyanla işləyən bank sayı 5 vahid, onların ümumi ziyanı 4,5 dəfə artıb.
AMB-nin məlumatına görə, 1 aprel 2014-cü il üçün Azərbaycanda 43 bankın lisenziyası olub.
.