Bakıda tanınmış jurnalistin oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.
APA-nın məlumatına görə, jurnalist Ayaz Nizamioğlunun 3 yaşlı övladı Maqsud ötən gün yaşadığı dördüncü mərtəbədəki mənzilin eyvanından yıxılıb.
Azyaşlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 19.40-da Qara Qarayev prospekti 23, mənzil 48-də qeydə alınıb.
Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Maqsud Ayaz oğlu Mirzəyev yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.
Qeyd edək ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.
.