Bu vaxta qədər Azərbaycanda sənaye zonaları üzrə 153 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Bunu jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hacıyev deyib.

O, bildirib ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən artıq daimi iş yeri yaradılıb:

"Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8400-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur".

.