2020-ci ilin dekabrında Azərbaycanın sosial şəbəkə bazarında “Pinterest” 22,98 faiz payla birinci yerdə qərarlaşıb.

“Global Stats” statistika mərkəzi məlumat verir.

İkinci yerdə 20,5 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı noyabrla müqayisədə 2,76 faiz azalıb.

“Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 0,25 faiz artaraq 24,69 faiz təşkil edib.

"YouTube" istifadəçilərinin fəallığı bir ay ərzində 5,62 faiz artaraq 24,85 faizə bərabər olub.

“Twitter”in payı 5,58 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,54 faiz təşkil edib.

.