Bu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 1251 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2015-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair hesabatda əksini tapıb.
Cinayət məsuliyyətinə cəlb edilənlərdən 5-i 18 yaşadək, 299-u 30 yaşadək, 906-sı 30 yaşdan yuxarı, 15-i fəhlə, 5-i qulluqçu, 2-si nəqliyyat işçisi, 2-si orta məktəb şagirdi, 1068-i işləməyənlər, 1199-u kişilər, 11-i qadınlar, 39 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 17-si İran İslam Respublikası, 15-i Gürcüstan, 3-ü Türkiyə, 1-i Rusiya Federasiyası, 2-si Ukrayna, 1-i Türkmənistan Respublikasının vətəndaşıdır.
.