Masallı rayonundakı otellərdən birində cinayət hadisəsi baş verib.

Təqribən 21-22 yaşlarında olan Salyan rayon sakini Röya Novruz qızı Hüseynova ürək nayihəsindən bıçaq zərbəsi alıb.

O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.


Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.

(report)
.