2021-ci il aprel ayının əvvəlinə olan göstəriciyə əsasən, Azərbaycanda manatla pul bazasının həcmi 13 milyard 315 milyon manat təşkil edib.

Mərkəzi Bankdan verilən məlumata görə, pul bazasının həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artıb.

Qeyd edək ki, 2020-ci il aprel ayının əvvəlinə Azərbaycanda pul bazasının həcmi 10 milyard 66,9 milyon manat təşkil edib.

.